Əfqanıstanda terrorçular məscidə hücum etdilər — 16 ölü

Əfqanıstanın şərqində növbəti terror aktı törədilib.

Qardezanın məscidlərinin birində namaz vaxtı kamikadze terrorçu üzərindəki bombanı işə salıb. Bu barədə nüfuzlu "Reuters" agentliyi xəbər yayıb.

Məlumata əsasən, terror aktı nəticəsində 16 nəfər həlak olub. Başqa informasiya resursları isə terrorçuların iki nəfər olduğunu yazır.
Qeyd edək ki, hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti öz boynuna götürməyib.