Yaponiyada leysan yağışları qurbanlarının sayı artır

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 209 nəfərə çatıb, 20 nəfər itkin düşmüş hesab edilir.

Dalga tv-nin məlumatına görə, ölkənin cənub-qərb və mərkəzi bölgələrində davam edən xilasedici əməliyyatlarda 63 min canlı qüvvə və 80 helikopter iştirak edir. 

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından "Prapirun" qasırğasının təsiri nəticəsində meydana gəlib.