Qəzzada toqquşma: 2 ölü, 415 yaralı

Qəzza zolağında İsraillə sərhəddə baş vermiş toqquşmalarda iki fələstinli həlak olub, 415 nəfər yaralanıb.

Bu haqda Qəzzanın səhiyyə nazirliyi məlumat yayıb.

Qurbanlardan biri 13 yaşlı yeniyetmədir. İsrail hərbçilərinin etirazçıları geri çəkmək üçün gözyaşardıcı qaz və döyüş güllələrindən istifadə etdiyi bildirilir.

Qeyd edək ki, fələstinlilərin “Böyük qayıdış marşı” adlı etiraz aksiyası artıq üçüncü aydır ki, davam edir.

Etirazçılar fələstinli qaçqınların doğma torpaqlarına buraxılmalarını tələb edir.