Türkiyədə iki hərbçi şəhid oldu

Türkiyədə terrorçuların yola qoyduğu əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub.

Hadisə Ağrı vilayətində, Doğubəyazitdə baş verib.

Məlumata görə, partlayış zamanı 1 əsgər həlak olub, daha 1 əsgər isə yaralanıb.

Yaralı xəstəxanada dünyasını dəyişib.