Tehran cümə namazının xətibi: “İsrailin İrana hücum etsə, Tel-Əviv və Hayfa yerlə bir ediləcək”

“İran Silahlı Qüvvələrinin hansı ölkəni müdafiə etdiklərini çox yaxşı bilmələri lazımdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri Tehran cümə namazının xətibi ayətullah Əhməd Xatəmi bildirib. Onun sözlərinə görə, İran İslam dünyasının ana yurdudur və Silahlı Qüvvələr də bunu şüurlarına həkk etməlidir. Ayətullah Xatəmi İsrailin İrana qarşı hərbi təhdidlərinə də toxunub: “İsrail İrana hücum etməyə cəsarət belə edə bilməyəcək. Bunun səbəbi də məlumdur. Çünki İsrailin ən kiçik həmləsi zamanı Tel-Əviv və Hayfa yerlə bir ediləcək”.