Etirazçılar Yerevanda meriyanı mühasirəyə aldılar

Yerevanda kütləvi yürüş keçirən müxalifət tərəfdarları mərkəzi Respublika meydanına toplaşıb.

Axşam saatlarında etirazçılar müxalifətdən olan deputat Nikol Paşinyanın başçılığı altında şəhərin mərkəzinə geri qayıdıb.

Etirazçılar bundan əvvəl meriya və XİN-nin binaları qarşısına toplanaraq, müxtəlif şüarlar səsləndirib və vətəndaşları hərəkata qoşulmağa çağırıb.  Axşam saatlarında aksiyaya qoşulan insanların sayı artıb.

Mitinqdə böyük insan izdihamının olması ilə əlaqədar, bir sıra mərkəzi küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Hələlik ərazidə nisbi sakitlik olsa da, çevik polis qüvvələri gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Hökumət evinin qarşında maneələrin quraşdırıldığı bildirilir.