Tramp: Missiya yerinə yetirildi

alt

ABŞ prezidenti Donald Tramp ötən gecə Suriyaya ABŞ, Britaniya və Fransa tərəfindən endirilmiş raket zərbələrini şərh edib.

Tramp "missiyanın yerinə yetirildiyini" bildirərək, London və Parisə göstərdikləri dəstəyə görə təşəkkür edib.

"Ötən gecə zərbələr mükəmməl şəkildə yerinə yetirildi. Göstərdikləri fədakarlığa və silahlı qüvvələrinin qüdrətinə görə Fransaya və Birləşmiş Krallığa təşəkkür edirəm. Bundan yaxşı nəticə ola bilməzdi. Missiya yerinə yetirildi!",- deyə Tramp "Twitter" hesabında yazıb.

Ağ Ev rəhbəri eyni zamanda ABŞ silahlı qüvvələri ilə qürur duyduğunu bildirib. Yaxın zamanda Birləşmiş Ştatlar ordusunun daha da güclənəcəyini vədd edib.