ABŞ Suriyanı niyə vurduğunu açıqladı

ABŞ Əsəd rejiminin Dumada kimyəvi silah istifadə etdiyinə "əmin" olduğunu açıqlayıb.

Ağ Ev sözçüsü Sara Sanders bildirib ki, keçən həftəsonu Dumada dinc əhaliyə qarşı təşkil edilən hücumun Əsəd rejimi tərəfindən həyata keçirildiyindən əmindirlər.

"Rusiyanın Suriyaya əngəl olmaması da problemin bir parçasıdır".

Ağ Evin hücumla bağlı yaydığı məlumatlar isə qısaca belədir:

"ABŞ Suriya rejiminin 7 aprel 2018-ci ildə Dumada onlarla uşaq, qadın və kişini öldürən, yüzlərlə insanın yaralanmasına səbəb olan hücumda kimyəvi silahdan istifadə edildiyindən əmindir.

Bu nəticəyə hücuma dair xəbərlər, qurbanlarda müşahidə olunan simptomlar, hücumdan sonra iki kimyəvi bombanın görüntüsü olan video və fotoşəkillər, Suriya əsgərləri arasında koordinasiyanı göstərən etibarlı məlumatlar sayəsində gəlinib.

Məlumatların çoxu Dumadakı bombardmanda rejimin xlor qazı istifadə etdiyini göstərdiyi halda, rejimin eyni zamanda sarin qazı istifadə etdiyini göstərən dəlillər var.

Bu, fərdi bir hadisə deyil. Suriya rejiminin kimyəvi silah proqramını sonlandırdığını elan etdikdən sonra da ondan istifadə etdiyini göstərən faktlar mövcuddur.

7 apreldə hadisə şahidləri Dumada spesifik Mi-8 helikopteri gördüklərini bildiriblər. Bu helikopter rejimin Dumayr hava bazasından qalxıb. Şahidlər bildirib ki, helikopter bir neçə bomba atıblar. Rejim ölkədəki müharibə müddətində bu taktikadan çox istifadə edib. Onlar fərq qoymadan, bütün dincə əhalinin məhvinə çalışırlar.

Dumaya atılan bombalar rejimin əvvəl atdıqları kimyəvi silahlarla eynidir. Xlorin tərkibli olduğu müəyyənləşdirilən kimyəvi maddənin koordinasiyasında Suriya ordusuna məxsus şəxslər yer alıb.

Həkimlər və sağlıq quruluşları hücumdan sonra kəskin xlor qazı qoxusu təsbit ediblər.

Rusiya Əsəd rejiminə səssiz qalmaqla bərabər, İngiltərədə sui-qəsd təşəbbüsündə kimyəvi maddədən istifadə edib, bununla göstərib ki, kimyəvi silahlarla bağlı tabuya hörməti yoxdur".