ABŞ Suriyaya qarşı hərbi əməliyyata başladı

ABŞ Qərargah rəisləri birləşmiş komandanlığının sədri Cozef Danford bəyan edib ki, Suriyaya zərbələr başa çatıb.

O, bu barədə Pentaqon rəhbəri Ceyms Mettislə birgə mətbuat konfransında bildirib.

Danfordun sözlərinə görə, hədəflərdən biri tədqiqat mərkəzi, digəri kimyəvi silah anbarı olub. General bütün hədəflərin Dəməşqin "kimyəvi silah proqramı" ilə bağlı olduğunu qeyd edib.

Öz növbəsində Mettis bəyan edib ki, ABŞ Suriya ərazisinə yeni zərbələri planlaşdırmır. Pentaqon rəhbəri son atəşi "birdəfəlik hücum" adlandırıb.