Türkiyə ordusu Tel-Rıfatı nəzarət altına aldı

TSQ (Türkiyə Silahlı Qüvvələri) və ASO (Azad Suriya Ordusu) Tel-Rıfatı tam nəzarət altına alıb.

Dalga tv Türkiyə mediasına istinadən xəbər verir ki, adıçəkilən bölgədəki terrorçuları zərərsizləşdirən Türkiyə ordusu və ASO əsgərləri saat 15:00 radələrində bölgəni nəzarət altına ala biliblər.