Afrin terrorçulardan tamamilə təmizlənib

alt

Suriya ərazisində antiterror əməliyyatı həyata keçirən hərbi birləşmələr ölkənin Afrin bölgəsində bütün kəndləri nəzarət altına alıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, terrorçulardan təmizlənən ərazilərdə çoxlu sayda silah və sursat, o cümlədən qrad raketləri, tank əleyhinə minaatanlar və onların mərmiləri, helikopterə qarşı mərmiatan qurğular ələ keçirilib.