PKK Sincardan çəkilir

Türkiyənin əməliyyat siqnalı verdiyi bölgələrdən PKK terrorçularının çəkildiyi bildirilir.

Həftənin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı Sincarda əməliyyat keçirəcəkləri barədə danışmışdı.

Terror təşkilatı Sincardakı bütün tərəfdarlarını geri çəkməyə başladığını açıqlayıb. Məlumata görə, geri çəkilmə bu gün səhər saatlarında başlayıb.