Fransada terror: Ölənlər var

Son məlumatlara görə, Trebe şəhərində supermarketə silahlı basqın etmiş terrorçu xüsusi təyinatlı dəstə tərəfindən zərərsizləşdirilib.

Bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

Telekanal hadisənin təfərrüatlarını açıqlayıb.

Məlumata görə, terrorçu Trebe şəhərində silahlı hücum həyata keçirməzdən əvvəl, bir sürücünü qətlə yetirib və maşını qaçırıb.

"O ağ rəngli  "Opel" markalı avtomobilin sürücüsünün başından atəş açıb. Həmin maşında supermarketə yollanıb və daha iki nəfəri qətlə yetirib, bir qrup insanı girov saxlayıb" deyə məlumatda qeyd olunur.