Afrində partlayış: Türkiyəli əsgərlər şəhid oldu

Suriyanın Afrin bölgəsində antiterror reydləri zamanı əl qumbarası partlayıb.

Hadisə nəticəsində üç türkiyəli əsgər həlak olub, daha üçü isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu martın 18-də Afrinin terrorçulardan təmizləndiyini bəyan ediblər.