Kabildə Novruz şənliyi faciəyə çevrilib: 29 ölü

Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 29 nəfər ölüb.

Partlayışda 52 nəfər də yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Nusra Rəhimi bildirib ki, terror aktı Kabil Universitetinin çıxışında törədilib. Terrorçu-kamikadze özünü  Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.