Filippində təyyarə evə çırpıldı: Ölənlər var

Filippində təyyarənin yaşayış evinə düşməsi nəticəsində azı 10 nəfər həlak olub.

Bu barədə "CNN Philippines" məlumat yayıb.

Məlumata görə, hadisə Bulakan əyalətində qeydə alınıb. Həlak olanlar evin sakinləri, pilot və təyyarənin sərnişinləridir.

Qəzaya uğramış "Piper PA-23 Apache" təyyarəsinin "Lite Air Express" hava yolları şirkətinə aid olduğu və Plaridel-Laoaq marşrutu ilə uçduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.