Afrində daha 4 kənd azad edildi

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə silahlı qüvvələri “Azad Suriya Ordusu”na aid dəstələrlə birlikdə  Kafar Rum, Kurt Kulak, Zellaka və Kıfar Zeyt kəndlərini terrorçulardan azad edib.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Türkiyə baş ordu qərargahı Afrinin PYD/YPG/PKK/ İŞİD terrorçularından təmizlənməsi üçün döyüş əməliyyatlarının davam etdirildiyini bildirib.

Qərargahın açıqlamasına görə, "Zeytun budağı" əməliyyatı başlanandan bəri zərərsizləşdirilən terrorçuların sayı 3195 nəfər təşkil edir.