Krasnodarda partlayış: Yaralılar var

Rusiyanın Krasnodar şəhərində beş mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Rusiya FHN-nin Krasnodar şəhəri üzrə baş idarəsinin verdiyi məlumata  əsasən, Slavyanskiy küçəsində baş vermiş insident nəticəsində 7 nəfər yaralanıb. 

Hadisə yerinə gələn xilasedicilər binadan 30 nəfəri təxliyə edib.

Zərərçəkənlər arasında 9 və 12 yaşlarında olan uşaqlar da var. Onların orta və ağır dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildiirlir.

Partlayış nəticəsində binanın dörd və beşinci mərtəbələrinin divarları uçub.

Şəhərin FHN baş idarəsi partlayışın qaz sızması nəticəsində baş verdiyini təsdiqləyib.

https://youtu.be/EcC3Ca2zsJA