ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Alabama ştatında baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə Birminqem şəhərində yerləşən məktəblərin birində qeydə alınıb.

Yaralanan şagirdlərdən biri xəstəxanaya aparılarkən keçinib, daha birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.