Papua-Yeni Qvineyada zəlzələ nəticəsində 80 nəfər ölüb

Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ nəticəsində 80 nəfər ölüb. 
 

APA-nın "New Zealand" radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə Qızıl Xaç təşkilatının yerli qurumunun rəhbəri Udaya Remi məlumat yayıb. 
 

O bildirib ki,zəlzələ nəticəsində 500-ə yaxın insan xəsarət alıb: "Ərazilərin uzaqlığı, yolların dağılması səbəbindən dəqiq informasiya almaq mümkün deyil. Ancaq düşünürəm ki, 143 min nəfər zəlzələnin təsirinə məruz qalıb, 17 min nəfər evlərindən didərgin düşüb".
 

Qeyd edək ki, fevralın 26-da 7,5 və martın 4-də eyni ərazidə 6 bal gücündə zəlzələ olub.