Britaniyada quzu özünü it sayır

Britaniyada qəribə hadisə baş verib.

Elison və Adam Voqan cütlüyü yeni evə köçüblər və ey heyvanı saxlamaq qərarına gəliblər. Voqanların artıq Cessa adlı labradorları var idi. Ailə Marli adlı quzunu həyətə gətirib. Tezliklə Marli özünü it kimi aparmağa başlayıb. Quzu gecə tövlədə yatmaqdan imtina edir və Cesslə eyni qabdan yemək yeyir.

Marli ailə tərəfindən evə gətiriləndə infeksiya tutub. Bu səbəbdən quzunu evdə daş sobanın qarşısında, Cessin yanında saxlayıblar. Marli labradorla dostlaşıb və onun vərdişlərini götürüb. İt və quzu hər şeyi birlikdə edir və gəzintiyə çıxırlar. Marli böyüyəndə onu evdən tövləyə aparmaq istəyiblər. Amma quzu buna qəti etiraz edib. Ot çeynəmək və tək qalmaq onun xoşuna gəlməyib.

 

Voqanlar Mişka adlı dişi qoyun alaraq problemi həll etməyə çalışırlar.