Peruda avtobusun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb

Peruda avtobusun uçuruma düşməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin nəqliyyat nazirliyinin nümayəndəsi Paul Konça bildirib.

 

Onun sözlərinə görə, qəza nəticəsində 10 nəfər ağır xəsarət alıb.

Qeyd edək ki, fevralın 21-də Perunun Arekipa bölgəsində sərnişin avtobusu idarəetmədən çıxıb və 200 metrlik uçuruma düşüb.