Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

Meksikada güclü zəlzələdən sonra təkrar yeraltı təkanların sayı 122-yə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat verib.

 "Yerli vaxtla saat 19.30-dək 122 təkrar təkan qeydə alınıb", məlumatda deyilir.