Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, iki pilot ölüb

Türkiyənin İzmir vilayəti ərazisində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Dalga tv Oxu.az-a istinadən məlumatına görə, hadisə fevralın 16-da Çiğli təlim mərkəzində baş verib.

Qəza nəticəsində iki pilot həlak olub.

Hadisənin səbəbləri araşdırılır.