ABŞ Milli Təhlükəsizlik idarəsinin qarşısında atışma

ABŞ-ın Merilend ştatındakı milli təhlükəsizlik idarəsinin baş qərargahı qarşısında atışma baş verib.

İnsident nəticəsində 3 nəfər xəsarət alıb. Atəş açan şəxs saxlanılıb.

Fort-Mid şəhər hökuməti bildirib ki, şəhər avtomagistralı tədqiqat üçün bağlanıb. Hadisə yerində Federal Təhiqatlar Bürosunun əməkdaşları çalışır.