"Zeytun Budağı"əməliyyatı 26-cı günündə

Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatında 1485 terrorçu öldürülüb.

Dalga tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatın 26-cı günündə 46 terrorçu məhv edilib, daha bir kənd terrorçulardan tamamilə təmizlənib.

Bu isə əməliyyatın başladığı gündən indiyə kimi 1485 terrorçunun zərərsizləşdirilməsi deməkdir.

Onu da bildirək ki, əməliyyatlara dəstək üçün hazırda 20 avtomobillik hərbi konvoy sərhədə doğru yola çıxıb.