Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.