İranda qadınlar kütləvi şəkildə həbs olunur

İranda icbari hicab qaydasına etiraz olaraq keçirilən aksiyada iştirak etmiş 29 qadın həbs olunub.

Dalga tv Ren TV-yə istinadən xəbər verir ki, saxlanılan fəallar ictimai asayişi pozmaqda ittiham olunur.

Etirazçılar çərşənbə günü Tehran küçələrinə axışıb. Nümayiş dekabrda Tehranın İnqilab prospektində baş örtüyünü çıxararaq, onu bayraq kimi əlində yelləmiş Vida Mövahidin etiraz aksiyasından ilhamlanıb. Bəzi nümayiş iştirakçıları ona dəstək olaraq internetə baş örtüyü olmadan çəkdirdikləri videogörüntüləri yerləşdirib.   

Qadın hüquqları ilə bağlı etirazlar İranın 1979-cu il İslam inqilabından bəri ən kütləvi analoji aksiyasına çevrilib.