İranda hicaba qarşı kütləvi etiraz

İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb.

https://youtu.be/bmjDB_0gGCQ

Qeyd edək ki, 2017-ci il dekabrın 27-də 1,5 yaşlı körpə qız anası, 31 yaşlı Vida Müvəhid Tehranın İnqilab prospektində baş örtüyünü bayrağa çevirərək saçları tökülmüş vəziyyətdə etiraz aksiyası keçirmişdi. İranlı hüquq müdafiəçisi Nəsrin Sütudə polis tərəfindən həmin gün qadının həbs olunduğunu, yanvarın 28-də isə sərbəst buraxdığını bildirib.

Yanvarın 29-da isə Vida Müvəhidin hərəkətini bir neçə qadın təkrarlayıb.