Amsterdamdakı atışmanın ilkin səbəbi açıqlanıb

Amsterdam polisi şəhərin mərkəzində baş verən atışmanı kriminal münaqişə kimi qiymətləndirir.

APA-nın xəbərinə görə, bu barədə yerli "AT5" telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, hadisənin terrorla əlaqəsi olduğu güman edilmir.

Yanvarın 26-sı, axşam saatlarında Amsterdamda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.

RTL telekompaniyasının məlumatına görə, insidentlə əlaqədar hələ ki, saxlanılan yoxdur.