Türkiyəyə daha bir raket hücumu

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhəri və Kilis vilayətinin eyniadlı mərkəzi növbəti dəfə raket hücumuna məruz qalıb.

Dalga tv Türkiyə KİV-ə istinadən məlumat verir ki, raketlər Suriyanın Afrin bölgəsindən atılıb.

"Afrin istiqamətindən Kilisə raket buraxılıb, raketin düşdüyü yerə dərhal təcili yardım əməkdaşları göndərilib, heç kim xəsarət almayıb", – deyə Kilis vilayət rəhbərliyinin bəyanatında deyilir.

Raket zərbəsi nəticəsində ölən və xəsarət alan yoxdur.