Türkiyə Suriyada ikinci cəbhə açmağa hazırlaşır

Türkiyə Suriyanın Afrin vilayətindəki hərbi əməliyyatlarla kifayətlənməyə bilər.

Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələri verib. Bildirilir ki, Türkiyə Suriyanın şimalındakı Menbiç rayonunda da yeni cəbhə açmağa hazırdır. Menbiç terrorçuların dislokasiya mərkəzidir.

Mənbənin məlumatında deyilir: "Türkiyə Silahlı Qüvvələri "Suriya Azadlıq Ordusu" ilə birlikdə Afrinin azad edilməsi üçün başlayan əməliyyata uğurla davam edir. "Zeytin Dalı" əməliyyatı Afrin rayonu ilə başa çatmayacaq".