Trampdan gözlənilməz açıqlama: "Üzr istəyə bilərəm"

ABŞ prezidenti Donald Tramp ifrat sağ görüşlü bir ingilis qruplaşmanın videolarını Tvitter səhifəsində paylaşdığı üçün üzr istəyib.

  Davosda ingilis mətbuatına müsahibə verən Tramp qrup haqqında bir məlumatı olmadığını bildirib: "Tanıya biləcəyiniz ən irqçi olmayan insan mənəm. Bu videoları paylaşmağım qruplaşmanı dəstəklədiyim mənasına gəlmir".

Tramp 2017-ci ildə ifrat sağ görüşlü "Britain First" qrupunun İslam əleyhinə videolarını səhifəsində paylaşmışdı. Bu səbəbdən üzr istəyib.

Davosda məsələyə toxunan Tramp deyib: "Mənə irqçi insan olduqlarını söyləsəydiniz, üzr istəyərdim".

"Good Morning Britain" verilişinə müsahibəsində Tramp aparıcının "bu videoları paylaşdığınız üçün İngiltərədə sərt reaksiyalara səbəb oldunuz"-sualına Tramp "Əlbəttə ki, belə insanların olduğunu bilmirdim. Onlar haqqında heç nə bilmirdim. Bəzi yerlərdə oxuduğumdan başqa indi də onlar haqqında heç nə bilmirəm"-deyə cavab verib.