Kabildə hotelə hücum: 35 ölü və yaralı

Əfqanıstanın paytaxtı Kabildə silahlıların “Intercontinental Hotel” mehmanxanasına hücumu nəticəsində 35 nəfər ölüb və yaralanıb. 

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Məlumata görə, hücum edənlərdən biri məhv edilib. Otelin ikinci mərtəbəsində güclü yanğın baş verib.   

Məlumata görə, üzərilərində partlayıcı qurğuların olduğu dörd terrorçu otelə hücum edərək bir qrup şəxsi girov götürüblər. Daha sonra silahlılar və binanı mühasirəyə almış polis əməkdaşları arasında atışma olub.   

Yerli sakinlər hadisə yerində bir neçə partlayışın baş verdiyini bildiriblər.