Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı

Türkiyədə avtobus qəzası baş verib.

Dalga tv  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerində polis işləyir.