İsveç kralı ölümlə hədələndi

alt

Norveçli qatil Anders Breyvikini adı açıqlanmayan tərəfdarları İsveç kralı XVI Qustavı ölkənin cənubundakı Karlstad şəhərinə səfəri zamanı partlayış törədəcəklərini bildiriblər. 

Terrorçular hədələyici müraciətlərini yerli qəzetlərdən birinə göndərib.

Məktubda bildirilib ki, onlar vilayətin administrasiyası binasının qarşısında 4 bomba partladacaq.

Məlumata əsasən, kral Qustav hakimiyyətinin 40 illiyi münasibəti ilə ölkənin səyahətə çıxıb.

Xatırladaq ki, 2011-ci il iyulun 22-də Anders Breyvik Osloda 77 nəfər dinc sakini qətlə yetirdiyi üçün 2012-ci ilin avqustunda 21 il azadlıqdan məhrum edilib.