Belçikada partlayış nəticəsində yaralıların sayı artıb

Belçikanın Antverpen şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Antverpen polisinin Twitter səhifəsində bildirilir.

Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti kritikdir, məlumatda deyilir.