Türk ordusu sərhəddə hazır vəziyyətə gətirildi

Türkiyə son hadisələrdən sonra Afrinə girmək üçün hazırlanan planı həyata keçirməyə başlayıb.

Dalga tv Ölkə.Az-a istinadən xəbər verir ki, Suriya sərhədində baş verən hadisələrdən sonra Şırnakın Silopi rayonundakı zirehl texnika Qaziantep-Hatay istiqamətinə göndərilib.

15 iyul hərbi çevriliş cəhdindən sonran Çankırıdakı 28-ci mexanikləşdirilmiş piyada ordusuna aid zirehli texnika Silopiyə cəlb edilmişdi. Türkiyə-Suriya sərhədinin Afrin bölgəsində baş verən son hadisələrdən sonra  bir çox boş yük maşını Silopiyə göndərilib. Zirehli texnika boş yük maşınlarına yığılaraq Hatay istiqamətində yola salınıb.