Liviyada beynəlxalq hava limanına hücum nəticəsində 11 nəfər ölüb

Liviyada Mitiqa beynəlxalq hava limanına hücum zamanı 11 nəfər ölüb. 
  

APA-nın “Times of Malta” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Tripoli sahə xəstəxanasının direktoru Abdeldayem Al-Rabti məlumat verib. 
 

O bildirib ki, hadisə nəticəsində 38 nəfər xəsarət alıb. 
 

Aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb. Ərazidə olan məktəblərdə dərslər dayandırılıb