Stokholm metrosunda partlayış zamanı yaralananlardan biri ölüb

Bu gün Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi həyatını itirib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsveç polisi məlumat yayıb.

Partlayışda yaralanan 45 yaşlı qadın həmin kişinin həyat yoldaşı olub. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib. Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb.