Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb

Peruda avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qəza nəticəsində 36 nəfərin öldüyü bildirilmişdi. 

İnsident Perunun paytaxtı Lima şəhərindən 70 km aralıda, “Şeytan aşırımı” adlanan dağ yolunda baş verib. Toqquşandan sonra salonunda 50 sərnişin olan avtobus 100 metr dərinlikdə dərəyə aşıb.

GPS məlumatlarının təhlilinə əsasən, hər iki avtomobil yüksək sürətlə hərəkət edib.