Donald Tramp: "İran xalqı hakimiyyətdən cana doyub"

ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasını “terrorun bir nömrəli dövlət sponsoru” adlandırıb.

Dalga tv Ölkə.Az-a istinadən xəbər verir ki, ABŞ prezidenti bu bəyanatı İran prezidenti Həsən Ruhani öz ölkəsində baş qaldıran etiraz dalğasını etiraf etməsindən az sonra yayıb.

“İran terrorun bir nömrəli dövlət sponsoru olaraq insan haqlarını hər saat pozmaqdadır. İndi də dinc nümayişçilərin kommunikasiyasının qarşısını almaq üçün interneti qapadıblar. Yaxşı deyil!”, - deyə Donald Tramp özünün tvitter hesabında yazıb.

D.Tramp qeyd edib ki, iranlılar öz pullarının və sərvətlərinin oğurlanaraq terrorizmə israf olunmasından artıq cana doyublar:

"Belə görünür ki, onlar daha dözmək niyyətində deyillər. Bu məsələ bizi də narahat edir. ABŞ İranda insan haqları pozuntularını diqqətlə müşahidə edir”.