Əfqanıstanda partlayış: Yeddi nəfər ölüb

Əfqanıstanın cənubunda Hilmənd vilayətində baş verən partlayış zamanı ən azı yeddi nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, hadisə Marca rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsi yol kənarında quraşdırılmış minaya düşüb. 

Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.