Türkiyənin Taksim Meydanında yollar bağlandı

Dünən gecə Gezi parkına edilən polis müdaxiləsindən sonra bu gün Taksim Meydanına maşınların və piyadaların girişinə icazə verilmir.


Hazırda meydana polis, jurnalist və təmizlik işçilərindən başqa kimsə buraxılmır. Bələdiyyə işçiləri bir tərəfdən meydanda təmizlik işləri apararkən,digər tərəfdən də dünən gecə nümayişçilər tərəfindən yandırılan maşınları ortadan qaldırırlar. Məlumat üçün bildirək ki, hazırda Gezi parkı və Taksim Meydanı tamamilə polislərin nəzarəti altına keçmiş vəziyyətdədir.