İranda zəlzələ nəticəsində iki nəfər ölüb, 117 nəfər xəsarət alıb

İranın şimal bölgəsində baş verən zəlzələ nəticəsində iki nəfər ölüb.

APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər 70 yaşlı qadın və 10 yaşlı qızdır.

Qadının ürək tutmasından, qızın isə yüksək stress üzündən öldüyü bildirilir. Hadisə nəticəsində 117 nəfər xəsarət alıb.

Qeyd edək ki, yeraltı təkanların episentri Kərəc şəhərindən 17 km cənubda, 7 km dərinlikdə yerləşib.