Argentinada etiraz aksiyaları: 162 yaralı

Argentinanın paytaxtı Buenos-Ayresdə əhali hökumətin pensiya islahatlarının əleyhinə etiraz aksiyalarını davam etdirir.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, nümayışlar zamanı etirazçılarla əsayış keşikçiləri arasında qarşıdurma baş verib.

“Todo Noticias” nəşrinin yaydığı məlumata əsasən, etirazlar zamanı 162 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ki, onlardan da 88 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Polisin yaydığı məlumata əsasən, 80 etirazçı həbs olunub.