İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb

İndoneziyanın Yava adasında 6,5 bal gücündə zəlzələ baş verib.

APA-nın “Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, Yava adasının qərbində 62 yaşlı kişi dağıntılar altında qalaraq həyatını itirib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.