“Ağ ev”dən Ərdoğana sərt reaksiya

alt

A+  A-
Ötən gün Misirdə baş verən son hadisələrin arxasında İsrailin olduğu barədə iddia irəli sürən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ rəsmiləri tərəfindən sərt reaksiyaya məruz qalıb. 

“Ağ Ev” rəsmisi Coş Ernest Ərdoğanın İsraillə bağlı iddiasına qarşı çıxıb. 
Earnest deyib ki, İsrailin Misirdə baş verənlərdə əli olmasını barədə fikirlər səhv və əsassızdır.