Özünü Ermənistan hökumət binasının eyvanından atdı

alt

Ermənistan Təbiəti Mühafizə Nazirliyinin əməkdaşı, 22 yaşlı Ayk Ayrapetyan hökumət binasının 6-cı binasından yerə düşərək ölüb.

Gənc nazirlik işçisi özünü eyvandan ataraq intihar edib. İntiharın şəxsi məsələlərlə bağlı olduğu bildirilir.

A. Ayrapetyan bu yaxınlarda nazirliyə işə qəbul edilibmiş. Onun iş yoldaşları ilə münasibətləri normal olub.