Rusiya İstanbula iki gəmi göndərdi – Səbəb

Rusiya aprelin 27-də Qara dənizdə batan “Liman” gəmisini çıxarmaq üçün həmin əraziyə “Selicer” araşdırma-xilasetmə və SB-739 adlı yeni nəsil xilasetmə gəmilərini göndərib.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, Rusiyadan göndərilən heyət batan gəminin mühüm cihazlarını suyun altından çıxarmağa çalışacaq.

Heyət üzvləri mümkün olduğu təqdirdə gəmini bütünlüklə sudan çıxarmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, aprelin 27-də Qara dənizdə Rusiyanın hərbi gəmisi Toqo bayrağı ilə üzən yük gəmisinə dəyərək batıb. Rusiya Müdafiə Nazirliyi hərbi gəmidə olan 78 nəfər şəxsi heyətin hamısını Türkiyənin xilas etdiyini açıqlayıb.